SOCAR və “Uniper” arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nümayəndələri Almaniyanın “Uniper” şirkəti tərəfindən təşkil olunan strateji səviyyəli
qarşılıqlı məlumat mübadiləsi proqramında iştirak ediblər.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.




Proqramın məqsədi SOCAR və “Uniper” arasında əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı,
kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrin
paylaşılması olub.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarə
olunması, rəqəmsal texnologiyaların tətbiqi, qlobal qaz
bazarlarının inkişaf perspektivləri, media və kommunikasiya, sosial
məsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafında
səmərəli müzakirələr aparıblar.

Xatırladaq ki, bu ilin oktyabrın 3-də SOCAR ilə Almaniyanın
“Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq
Proqramı imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir