Sabunçuda 803 qutu pirotexniki vasitə aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində
pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar
aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, tədbir zamanı pirotexniki və tezalışan maddələrin
satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu
səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar
edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması
üçün məhkəməyə göndərilib.




Qeyd edək ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən
pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər
zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq
tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir