Yanvarın 6-da 14 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Baş səhifə

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən yeni ilin ilk hərracı yanvarın 6-da keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.

Bildirilib ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılacaq.
Avtomobillərin buraxılış tarixləri 1999-2013-cü illəri əhatə
edir.




Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın
13-də keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 152
nəqliyyat vasitəsi çıxarılacaq. İştirak edəcək şəxslər xidmət və
yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini
özəlləşdirə bilərlər. Bunlar “Salyan broyler”, “Yevlax Yük
Avtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və “Xaçmaz
Mexanizasiya Nəqliyyat” açıq səhmdar cəmiyyətləridir. Səhmdar
cəmiyyətlərinin nizamnamə kapitalı 123.056 manatla 1.120.118 manat
arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı
vasitəsilə tanış
olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan
əmlaklar üzrə seçim edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir