
Bakı. Trend:
Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların
siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanun layihəsində mobil cihazların aksizli malların siyahısına
əlavə olunması və hər ədədinə görə 20 manat
məbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fiziki
şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad
olunmaqla təqvim ili ərzində bir ədəd mobil
cihazın gətirilməsi təklif olunur.
“Dövlət rüsumu haqqında” Qanunda təklif olunan
dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində
ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil
cihaza görə 100 manat məbləğində (hər biri üçün)
dövlət rüsumu müəyyən ediləcək.
Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə
gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan
dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan
dövlət rüsumları) tətbiq olunacaq.

