Bir çox peşə sahibləri üçün sosial sığorta haqqı 2-3 faiz artırılır

Baş səhifə

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdiriləcək.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial
sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.




Dəyişikliyə əsasən, fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu
işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər məcburi dövlət sosial
sığorta haqqını aşağıdakı dərəcələrlə ödəyəcəklər:

  • toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq,
    çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar
    fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar
    istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının
    3 faiz artırılaraq 8 faizi miqdarında;
  • çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor,
    soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq
    emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və
    mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq
    xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban,
    aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən
    (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan
    fiziki şəxslər – minimum aylıq əməkhaqqının 2 faiz
    artırılaraq 5 faizi miqdarında
    .
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir