
Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdiriləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial
sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst
mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faiz
artırılmaqla 15 faizi miqdarında məcburi dövlət sosial
sığorta haqqı ödəyəcəklər.

