Son iki gün pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Son iki gün pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində
pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti
tədbirlər həyata keçirilib.




Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki
vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq
saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti
yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir