
Bakı.Trend:
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva
(Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun cinayət işi üzrə
məhkəmə prosesi başlayır.
Trend xəbər
verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar
İmanovanın icraatına verilib.
Hazırlıq iclası 30 dekabrda keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ölkö xaricində yaşayır və
məhkəmənin qərarı ilə barələrində qiyabi həbs qətimkan tədbiri
seçilib.

