
Bakı. Trend:
Qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə
qeyri-hökumət təşkilatlarının yaradılması təşviq ediləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və
qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli
Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyinin təmin olunması sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dair məlumatların
toplanılması, gender bərabərliyinin təmini sahəsində qeyri-hökumət
təşkilatlarının yaradılması ilə bağlı təşviqat tədbirlərinin həyata
keçirilməsi və gender bərabərliyinin təşviqi sahəsində fəaliyyət
göstərən, o cümlədən qadınların rəhbərlik etdiyi yeni qeyrihökumət
təşkilatlarının yaradılması planlaşdırılır.

