
Bakı. Trend:
Qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması
istiqamətində tədbirlər gücləndiriləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və
qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli
Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, qadınların qeyriformal məşğulluq səviyyəsinin
yüksək olduğu sahələrin müəyyən olunması üçün anket sorğusunun
keçirilməsi və müvafiq təhlillər aparılması, qadınların qeyriformal
məşğulluqla bağlı maarifləndirilməsi və məlumatlandırılması
tədbirlərinin həyata keçirilməsi və muzdla işləyən qadınların
sayının artırılması planlaşdırılır.

