AYNA gələn il taksi xidməti üçün buraxılış kartlarının verilməsi qaydasını açıqlayıb

Baş səhifə

Bakı.Trend:

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin
inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə
sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış
kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyən
edilib. Kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30
dekabr saat 23:59-da bitir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yanvar ayından etibarən müraciətlərin qeydiyyatı
və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə
həyata keçiriləcək.

Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə
göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir.
Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı
AYNA-nın saytından əldə etmək mümkün olacaq.




Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat
vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer
alacaq.

Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat
vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer
sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə
qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək.

Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə
baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem
üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq.

Növbəliliklə bağlı əlavə məlumatlar vaxtaşırı təqdim
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir