Yunanıstanda qanunsuz miqrantları daşıyan qayıq batıb

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın Samos adasının sularında qanunsuz miqrantları
daşıyan qayıq batıb. Qayığın batmasından sonra Petalides sahilinə
26 miqrant üzərək xilas olub. Onlar yerli xilasediciləri insidentlə
bağlı məlumatlandırdıqdan sonra dənizdə digər miqrantların
axtarışına başlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hazırda 1 nəfər öldüyü təsdiqlənib, 3 nəfər isə
itkin düşüb. Axtarış-xilasetmə tədbirlərinə sahil mühafizə
xidmətinin katerləri, helikopterlər, bir şəxsi qayıq və quruda
xilasedicilər cəlb olunub.




Miqrantların hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.

Qeyd edək ki, 2015-ci ildən bəri Yunanıstan qanunsuz
miqrantların Aİ-yə daxil olduğu əsas giriş ölkəsinə çevrilib. 10 il
ərzində 1 milyondan çox qanunsuz miqrantın ölkəyə ayaq basdığı
bildirilir. Avropada iş və yaxşı həyat gözləntisi ilə yola çıxan
yüzlərlə insan təhlükəli dəniz səyahətində həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir