Azərbaycan Fransa iqtisadiyyatına investisiyaları artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanın Fransanın
iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi
24,4 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
8,3 milyon ABŞ dolları və ya 51,6 faiz çoxdur.

Azərbaycanın Fransaya yatırdığı investisiyaların ümumi birbaşa
xarici investisiyalar həcmindəki payı 1,2 faiz olub.




2024-cü ilin 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə
yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmi 16,1 milyon
ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Azərbaycanın
iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4
milyard 736 milyon ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 213 milyon 485 min ABŞ dolları və ya 4,7 faiz
artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici
iqtisadiyyatlara yönəldilən birbaşa xarici investisiyaların həcmi 2
milyard 39 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin 9
ayı ilə müqayisədə 658 milyon 90 min ABŞ dolları və ya 47,7 faiz
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir