
Bakı. Trend:
Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luislə
müqavilənin uzadıldığını rəsmi şəkildə elan edib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeni razılaşma 2027-ci ilin dekabr ayının
sonunadək qüvvədə olacaq.
“Flamenqo” Luisin rəhbərlik etdiyi dövrdə Braziliya çempionatı,
Braziliya Kuboku və Libertadores Kubokunu qazanaraq Cənubi
Amerikanın ən güclü kollektivlərindən biri statusunu
möhkəmləndirib.

