Yanvar-noyabr aylarında Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan Tailanda 75,9
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 137,8
min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə,
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm
baxımından isə 239,1 min ton və ya 63,4 faiz azalıb.

Ötən ilin ilk 11 ayında Azərbaycandan Tailanda 376,9 min ton
neft və neft məhsulları ixrac edilib, ixracın dəyəri isə 234,2
milyon ABŞ dolları təşkil edib.




Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan
dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və
neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi
dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir