Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

29 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər
naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki,
tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik
münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi
aparıblar.

Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və
dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın
daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin
olduqlarını bildiriblər.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi
təbriklərini çatdırıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir