“Milan”ın hücumçusu “Fənərbağça”ya keçməyə çox yaxındır

Baş səhifə

Bakı. Trend:

“Fənərbağça” “Milan”ın hücumçusu Kristofer Nkunkuya maraq
göstərir. İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko futbolçu
ilə əlaqə saxlayıb. Tedesko Nkunkunu “Leyptsiq”dəki birgə işindən
tanıyır.

Trend xəbər verir ki,
mütəxəssis futbolçuya yenidən birlikdə çalışmağı təklif edib və
fransız buna müsbət cavab verib.




İndi vəziyyət iki klub arasında aparılacaq danışıqlardan
asılıdır. Bu mövsüm Nkunku A Seriyasında 12 oyunda 2 qol vurub və 2
məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçu bu yay “Milan” tərəfindən “Çelsi”dən 37+5
milyon avroya transfer olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir