
Pentaqon İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün “Boeing” şirkəti ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin internet saytında verilən açıqlamada deyilir.
Müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Müqavilədə təyyarələrin sayının 25 ədəd artırılması seçimi də var.
Pentaqon “Boeing” şirkətinin 2035-ci ilin sonuna qədər müqavilə öhdəliklərini yerinə yetirəcəyini gözləyir.

