
Bakı. Trend:
“Olimpiakos”un yarımmüdafiəçisi Santyaqo Esse karyerasını
Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Qalatasaray” argentinalı futbolçunu transfer etmək istəyir. Bu
barədə “Metrosport” məlumat yayıb.
“Sarı-qırmızılar” Esseni yanvar ayında heyətinə qatmağa
çalışacaq. Yunanıstan klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20
milyon avro tələb edir.
Qeyd edək ki, Santyaqo Esse bu mövsüm “Olimpiakos”un heyətində
meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

