Biləsuvar və Lənkəranın bu ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində
110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda
təmir işi aparılacaq.

Trend xəbər
verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 12:00-dan 13:00-dək
rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi
hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.




Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10
kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı
şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla
əlaqədar olaraq saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər
Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli
Axundov küçələrində elektrik enerjisinin verilişində fasilə
yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir