Xameneinin müşaviri: İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək

Baş səhifə

“İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək”.

APA TASS-a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib.

“İranın müdafiə doktrinasında bəzi cavab tədbirlərinin təhlükə hələ reallaşmamışdan əvvəl verilməsi müəyyənləşdirilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və hər hansı icazə tələb etmir,” – deyə Şamxani X sosial şəbəkəsində yazıb. “İstənilən aqressiya onu təşkil edənlərin təsəvvürünü aşan, dərhal və sərt cavabla qarşılanacaq.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir