
Baki. Trend:
Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) tərəfindən
dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk
telekommunikasiya xidmətləri ixrac edib.
Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3%
azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi
gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə
“Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində
xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya
xidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə
Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1
milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə,
759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

