
Bakı.Trend:
Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki
dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 232, o cümlədən borclu şəxs qismində
axtarışda olan 214 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

