
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 297,4 milyon ABŞ
dolları dəyərində qızıl ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
110,8 milyon ABŞ dolları və ya 59,4% çoxdur.
Təkcə noyabrda isə Azərbaycan 20,6 milyon ABŞ dolları dəyərində
qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6
milyon ABŞ dolları və ya 11,2% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

