
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının
Dövlət Energetika Xidməti 680,2 min ABŞ dolları dəyərində ixrac
əməliyyatları aparıb.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
275,8 min ABŞ dolları və ya 28,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

