
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 85,5 milyon ABŞ
dolları dəyərində metanol (metil spirti) ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
9,4 milyon ABŞ dolları və ya 9,9% azdır.
Belə ki, ötən ilin eyni dövründə ölkədən 94,9 milyon ABŞ dolları
dəyərində metanol edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

