Azərbaycan CAREC regionunda fintexin və kapital bazarlarının inkişafında lider mövqelərdə qərarlaşa bilər – AİB

Baş səhifə

Bakı. Trend:

Azərbaycan kapital bazarları və fintexin inkişafı üzrə CAREC
(Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) ölkələrinin
reytinqində institusional və tənzimləyici imkanlar göstəricisinə
görə birinci, texnoloji göstərici üzrə isə Çindən sonra ikinci
yerdə qərarlaşıb.

Trend bu barədə
Asiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumat
verir.

Sənəddə qeyd olunur ki, bu nəticələr Azərbaycanın fintex
texnologiyaları sahəsindəki potensialına, eləcə də inkişaf etmiş
tənzimləyici və biznes imkanlarına söykənərək qısa müddətdə kapital
bazarlarının inkişafını sürətləndirmək iqtidarında olduğunu
göstərir.

“Fintex ənənəvi kapital bazarlarının modernləşdirilməsi və
alternativ maliyyələşdirmə platformalarının tətbiqi üçün istifadə
oluna bilər”, – deyə bankın hesabatında vurğulanır.

AİB analitiklərinin fikrincə, Azərbaycan texnoloji və
institusional göstəricilərdə əks olunan üstünlüklərindən tam
şəkildə istifadə etməklə CAREC regionunda kapital bazarlarının
inkişafında aparıcı mövqe tuta bilər.




Hesabatda potensial liderlik istiqamətləri kimi regional
tənzimləyici “sandbox”un yaradılması, birgə fintex icmasının
formalaşdırılması, rəqəmsal identifikasiya üzrə tənzimləmələrin
harmonizasiyası, eləcə də paylanmış reyestr texnologiyaları (DLT)
və oxşar həllərdən istifadə etməklə transsərhəd ödənişlərin
inkişafı göstərilir.

AİB-in məlumatına görə, CAREC regionunda kapital bazarlarının
inkişafını sürətləndirmək üçün dərinləşdirilmiş regional əməkdaşlıq
zəruridir.

Bankın gəldiyi qənaətə görə, bu yanaşma regional maliyyə
inteqrasiyasının sürətləndirilməsi üçün optimal strategiyadır,
çünki o, şirkətlərin ən səmərəli maliyyələşmə mənbələrini,
investorların isə ən məhsuldar investisiya imkanlarını seçə
biləcəyi daha dərin və likvid kapital bazarlarının formalaşmasına
töhfə verir. Regional əməkdaşlıq maliyyə qloballaşması və
inteqrasiya ilə bağlı risklərin idarə olunması üçün də
vacibdir.

Hesabatda qeyd olunur ki, kapital bazarlarının inkişafı yalnız
müxtəlif sahələrdə ardıcıl və uzunmüddətli siyasi səylər şəraitində
mümkün olan mürəkkəb bir vəzifə olaraq qalır. Fintex və regional
əməkdaşlıq bu məqsədə yaxınlaşmağa kömək etsə də, struktur və
obyektiv məhdudiyyətlər səbəbindən real dəyişikliklərin daha yavaş
templə baş verəcəyi gözlənilir.

“Bu baxımdan tənzimləyici orqanlar həyata keçirilməsi bəzi
ölkələrdə 10 ilə, ayrı-ayrı hallarda isə 20 ilə qədər vaxt apara
bilən, kompleks və dəqiq strukturlaşdırılmış plana əsaslanan
mərhələli və strateji yanaşmaya riayət etməlidirlər”, – deyə AİB-in
hesabatında bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir