Azərbaycan karbamid ixracından gəlirini 50%-ə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 163,4 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
50,6 milyon ABŞ dolları və ya 44,9% çoxdur.




Belə ki, ötən ilin eyni dövründə ölkədən 112,8 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir