
Bakı. Trend:
Milli Məclisin 2025-ci il payız sessiyasının sonuncu plenar
iclası keçirilir.
Trend xəbər
verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ
Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin
vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası
Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.
4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial
sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının
Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta
haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji
xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış
minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
9. “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
12. “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və
tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
15. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə
Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.

