Bakıda hoteldə gecələyən şəxsin 23000 manatı oğurlanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda hotellərin birində gecələyən şəxsin
23000 manatı oğurlanıb.

Trend-in
xəbərinə görə, bu barədə zərərçəkən ərazi polis orqanına məlumat
verib.




Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36
yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin
Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə
yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə
alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir