
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında “SOCAR – Dalğıc”ın ixracdan
əldə etdiyi gəlirlər 1,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
“İxrac icmalı”nın dekabr nəşrinə istinadən məlumat verir.
İnformasiyaya əsasən, gəlirlər haqda məlumatlar ötən il dərc
olunmayıb.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti
yerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC,
SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi”
MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu”
Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar Respublikasının
Enerji Xidməti yer alır.

