Maliyyə institutları tərəfindən məlumatların verilməsi qaydalarında dəyişiklik edilir

Baş səhifə

Bakı. Trend:

Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və
sənədlərin verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və
hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri
göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən
edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin
məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun
dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə
məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün
müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim
edilməlidir.




Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş
məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik
statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların
və sənədlərin yuxarıda müəyyən edilmiş müddətdə təqdim edilməməsinə
görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar
Məcəlləsinə müvafiq olaraq həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir