
Bakı. Trend:
İnkişaf etmiş Orta Dəhliz beynəlxalq səviyyədə fintexin artımını
stimullaşdırmağa, ticarət axınlarını genişləndirməyə və iqtisadi
inteqrasiyanı dərinləşdirməyə qadirdir.
Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) son hesabatında qeyd
olunub.
“Dəhlizin rəqəmsallaşdırılması üçün sərhədlərarası məlumat
mübadiləsi və rəqəmsal infrastruktura idarəetmə mexanizmləri,
vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma ilə
müşayiət olunmalıdır. Lisenziyaların qarşılıqlı tanınması faydalı
olacaq və “mBridge” və “Aperta” layihələrində tətbiq olunan yanaşma
ilə birləşdirilə bilər. Bu layihələr sərhədlərarası ticarətin
maliyyələşdirilməsi və açıq bankçılığa (Gürcüstanın iştirakı ilə)
yönəlib,” – AİB hesabatında qeyd olunur.
Bankın analitikləri bildirirlər ki, Orta Dəhliz ölkələri –
Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə
arasında fintex əsaslı əməkdaşlıq CAREC (Mərkəzi Asiya Ölkələrinin
Regional İqtisadi Əməkdaşlığı) çərçivəsində daha geniş perspektivli
yanaşmanın bir hissəsi olaraq yeni maliyyə infrastrukturuna çevrilə
bilər.
“Orta Dəhliz konsepsiyası regiondakı digər ölkələr üçün maraqlı
fintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslı
regional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintex
əməkdaşlığının real faydasına şübhə ilə yanaşanlar üçün belə
maraqlı ola bilər. Orta Dəhlizin yol xəritəsi çərçivəsində fintex
imkanlarının və tədbirlərin müəyyən edilməsi sərhədlərarası “sandbox”un yaradılması, regional hakimiyyət orqanlarının daha
geniş dairəsinin cəlb edilməsi və müvafiq regional forumlar
vasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçün
başlanğıc nöqtəsi ola bilər.”
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

