
Bakı. Trend:
Pakistanın Pəncab əyalətindən qatı dumanla əlaqədar yollarda baş
verən ağır yol qəzalarında 9 nəfər həyatını itirib, 30 nəfər
yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Dumanlı havada görmə məhdudlaşdığı üçün Sahival, Pakpattan,
Okara, Toba Tek Sinq kimi rayonların yollarında nəqliyyat
hadisələri baş verib.
Toba Tek Sinq rayonunda qatı dumanda bir avtobus rikşa ilə
toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Sahival rayonunda isə baş vermiş qəzada 2 nəfər həyatını itirib,
8 nəfər yaralanıb.

