
Bakı. Trend:
Qazaxıstanın “Kayrat” klubu qış təlim-məşq toplanışını
Abu-Dabidə (BƏƏ) keçirəcək.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, qazaxların mümkün rəqiblərindən
biri “Neftçi” ola bilər.
Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı olan
“Kayrat”ın “Neftçi” ilə razılıq əldə etdiyi bildirilir.
Lakin oyunun tarixi və vaxtı hələlik açıqlanmayıb.

