Səfir: Metsamor AES-də yeni enerji bloku üçün Rusiyanın təklifinə real alternativ yoxdur

Baş səhifə

Metsamor Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisi ilə bağlı Rusiyanın təklifinə real alternativ yoxdur.

APA xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Serqey Kopırkin “Noev Kovçeg” qəzetinə müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Ermənistan tərəfinə Rusiya dövlət korporasiyası “Rosatom”un respublika üçün alternativ olmayan, ətraflı işlənmiş və çox əlverişli təkliflər paketi təqdim olunub.

“Əsas vurğulamaq istərdim ki, etibarlı, artıq sınaqdan keçirilmiş texnologiyalar mövcudluğu və maliyyə parametrlərinin cəlbediciliyi baxımından real alternativ görünmür”, – o qeyd edib.

Bildirlir ki, Metsamor AES in fəaliyyət müddətinin uzadılması isə Ermənistan hökuməti ilə Rusiya şirkəti “Rusatom Service”in əməkdaşlığı sayəsində mümkün olub. 2024-cü ilin dekabrında keçirilən Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında ikinci enerji blokunun 2036 cı ilə qədər istismar müddətinin uzadılması proqramı üçün 65 milyon dollar ayrılıb. Bunun ardından isə Metsamor AES-in bağlanması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir