2025-ci ildə Milli Məclisdə 181 qanun və 33 qərar qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin 2025-ci il payız sessiyasında parlamentin
16 iclası olub, 86 qanun və qərar
layihəsinə baxılıb.

Trend-in
məlumatına görə, 2025-ci ildə Milli Məclisin 38
plenar iclası keçirilib, 181 qanun və
33 qərar qəbul edilib.

İl ərzində Milli Məclisdə 8 dinləmə,
3 ictimai müzakirə, 1
genişləndirilmiş iclas və 5 konfrans
keçirilib.

İl ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın
rəhbəri və şöbə müdirləri, İşlər müdiri tərəfindən 3
minədək
vətəndaş qəbul edilib, parlamentdə 22
mindən çox
vətəndaş müraciətinə baxılıb.




Nümayəndə heyətləri 15 beynəlxalq təşkilatın
tədbirlərində iştirak edib.

Ötən dövrdə 61 ölkənin və 20
beynəlxalq təşkilatın 165 nümayəndə heyəti, ümumən
isə 1 283 xarici qonaq Milli Məclisdə olub.

İl ərzində 94 deputat 49
ölkəyə 201 səfər həyata keçirib.

Milli Məclis sədrinin 17 ölkəyə
4 rəsmi və 15 işgüzar səfəri
olub. Milli Məclisin sədri 4 ölkənin dövlət
başçıları, 27 ölkənin parlament sədrləri və sədr
müavinləri, 5 beynəlxalq parlament təşkilatının
rəhbərləri, 6 ölkənin icra hakimiyyəti
orqanlarının nümayəndələri, 9 ölkənin
ombudsmanları, 16 dövlətin Azərbaycandakı
səfirləri ilə görüşlər keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir