Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid
ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115
mənzil verilib.

Trend xəbər
verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron,
Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay,
Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış
binalarından təqdim edilib.

Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim
edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Hidayət Abdullayev həssas əhali qruplarına aid
vətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini
diqqətə çatdırıb.




Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı
nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra
dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə
ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5
dəfə genişlənib.

Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7
mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev
təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və
təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələrinin üzvləri və
müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən
xüsusi diqqət və qayğıya, bu gün, bayram ərəfəsində yeni
mənzillərlə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə
dərin minnətdarlıqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir