
Bakı.Trend:
2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış
hadisəsi baş verib.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə
və ya 28% azdır.
Partlayışlar zamanı 9 nəfər həlak olub, 49 nəfər xəsarət
alıb.
Məlumata görə, sözügedən dövr ərzində baş verən yanğın
hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1198 olub.
Yanğın hadisələri zamanı 32 nəfər həlak olub, 132 nəfər xəsarət
alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3
nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.

