
Bakı. Trend:
Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər
keçirir. “Müharibə oyunlarına” hərbi dəniz donanmasının 20-dən çox
gəmisi və hərbi hava qüvvələrinin 130 təyyarəsi cəlb olunub.
Manevrlərə “Ədalət missiyası – 2025” adı verilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Çin rəsmiləri bildiriblər ki, geniş miqyaslı təlimlər bu
yaxınlarda ABŞnin Tayvana iri həcmdə silahl tədarükünə cavabdır;
bu, adanın tarixində bu qəbildən olan ən iri sövdələşmədir. Pekində
açıq şəkildə vurğulanır ki, təlimlərin məqsədi Tayvan limanlarının
mümkün blokadasını sınaqdan keçirmək və bu cür tədarüklərin
qarşısını almaqdır.
Pekin aviaşirkətlərə təlimlərin keçirildiyi zonadan yan keçməyi
tövsiyə edib. Qeyd olunur ki, bu zona son bir neçə il ərzində ilk
dəfə olaraq Tayvanın ərazi sularını da əhatə edir.
Tayvan tərəfinin məlumatına görə, Çin gəmiləri və təyyarələri
hələlik sərhədi pozmayıblar.

