
Bakı. Trend:
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB)
Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Dəmir Yolları” (ADY)
QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə”
qərarı verilib.
Trend BFB-yə
istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə
yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il
tarixində bitib.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr
2025-ci il tarixində həyata keçirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond
Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması,
Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin
tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar
Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində
“Emitentin
profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001009268 |
|
İstiqraqzların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
300,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 ABŞ Dolları |
|
Buraxılış həcmi |
30,000,000 ABŞ Dolları |
|
İllik gəlirlilik faizi |
7% |
|
Ödəmə periodu |
Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən |
|
Tədavül müddəti |
5 il |
|
Reallaşdırılmış həcm |
30,000,000 ABŞ Dolları |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
30,000,000 ABŞ Dolları |
|
Hərrac qiyməti |
100 ABŞ Dolları |
|
İnvestor sayı |
331 |
|
Sifariş sayı |
380 |
|
Anderrayter |
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC |

