Ukraynadakı soydaşlarımız Həmrəylik Günündə bir araya gəliblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ukraynanın müxtəlif şəhərlərində soydaşlarımız 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.




Bildirilib ki, Dnepropetrovskda yerləşən “Dnepropetrovsk
Azərbaycanlıları Liqası” Milli Mədəniyyət Mərkəzində baş tutan
tədbir Azərbaycan diasporunun nümayəndələrini milli birlik ideyası
ətrafında birləşdirib. Tədbirin təşkilatçısı və həftəsonu
məktəbinin direktoru Yaqut Bəşirova bu cür tədbirlərin gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsi üçün son dərəcə vacib olduğunu
deyib. “Dnepropetrovsk Azərbaycan Liqasının rəhbəri Sərxoş
İsmayılovun dəstəyi ilə təxminən 13 ildir fəaliyyət göstərən
məktəbimiz gəncləri öz köklərinə və mədəni ənənələrinə hörmət
etməyə öyrədir”,- deyə direktor bildirib. Həftəsonu məktəbinin
şagirdləri milli mahnılarımızı ifa edib, Azərbaycan haqqında
şeirlər səsləndirib. Onlar, həmçinin bayram viktorinasında sualları
cavablandıraraq fəallıq nümayiş etdiriblər. Tədbir çərçivəsində
etnik və milli üslubda zərgərlik məmulatlarının hazırlanması üzrə
ustad dərsi keçirilib.

Krivoy-Roq şəhərinin tanınmış Mədəniyyət saraylarından olan
Karaçunada baş tutan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il tədbirində şəhər merini əvəz edən Yuriy Vilkul, müavini
Sergey Sergeyeviç, şəhər radasının deputatları və diaspor
təşkilatının nümayəndələri iştirak ediblər. Yuriy Vilkul tədbir
iştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb, Ukrayna
dövləti adından Azərbaycan dövlətinə və Ukraynada yaşayan
soydaşlarımıza göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Digər
çıxışçılar hər iki xalq arasında əlaqələrin inkişafından, Ukraynada
yaşayan soydaşlarımızın fəaliyyətindən danışıblar. Tədbir daha
sonra bədii hissə ilə davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir