
Bakı. Trend:
Rusiyanın Avropaya boru kəməri ilə qaz ixracı 2025-ci ildə 44%
azalaraq, 1970-ci illərin ortalarından bəri ən aşağı həddə
enib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu azalma Ukrayna üzərindən qaz
nəqlinin dayandırılması və Avropa Birliyinin Rusiyadan qazıntı
yanacaq idxalını mərhələli şəkildə azaltması ilə
əlaqələndirilir.
Buna baxmayaraq, Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz (LNG)
da ixrac edir və ABŞ-dan sonra Aİ-nin ikinci ən böyük LNG
təchizatçısı olaraq qalır.
Rəsmi məlumatlara əsasən, “TurkStream” vasitəsilə Avropaya qaz
ixracı 2024-cü ildəki 16,8 milyard kubmetrdən bu il təxminən 7%
artıb. Ukrayna marşrutu da daxil olmaqla, ümumi ixrac həcmi 2024-cü
ildə 32 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü illə
müqayisədə 13% çoxdur.
“Qazprom”un Türkiyəyə illik qaz ixracı isə təxminən 20 milyard
kubmetr səviyyəsində qalır.

