ABŞ Ukraynaya qoşun yeridəcək? – ZELENSKİDƏN CAVAB

Baş səhifə

ABŞ-ın təklif etdiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Amerika qoşunlarının Ukraynada olması ehtimalı müzakirə edilir.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həmkarı Donald Trampla bu məsələni müzakirə etdiyini bildirib.

“Əlbəttə ki, biz bunu Prezident Tramp və [həlledici] koalisiyanın nümayəndələri ilə müzakirə edirik; biz bunu istərdik. Bu, təhlükəsizlik zəmanətləri baxımından güclü bir mövqe olardı”, – o deyib.

Zelenski jurnalistlərlə onlayn söhbəti zamanı Kiyevin müharibəyə son qoymaq üçün danışıqları davam etdirməyə sadiq olduğunu bildirib və əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə istənilən formatda görüşməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir