Norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatının qalibi olub

Baş səhifə

Bakı. Trend:

Norveçli qrossmeyster Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə
dünya çempionatının qalibi olub.

Trend-in
məlumatına görə, turnir Qətərin Doha şəhərində keçirilib.

Finalda norveçli şaxmatçı özbəkistanlı Nodirbek Abdusattorovu
2,5:1,5 hesabı ilə məğlub edib.




İlk dörd şahmatçının pley-offa vəsiqə qazandığı 19 turluq seçmə
mərhələdə Hindistanlı Arjun Eriqaysi (15 xal) amerikalı Fabiano
Karuana (14), Karlsen (13,5) və Adbusatorovu (13) qabaqlayıb.

Yarımfinalda Karlsen Karuanı, Adbusattarov isə Eriqaysini məğlub
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir