
Bakı. Trend:
BMT-nin Azərbaycandakı nümayəndəliyi 31 dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Trend xəbər verir
ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial
şəbəkəsindəki səhifəsində paylaşılıb.
“BMT-nin Azərbaycandakı nümayəndəliyi Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini ifadə
edir! Qarşıdan gələn ildə sülh, rifah və yeni ümidlər arzulayırıq”,
– deyə paylaşımda bildirilib.

