TAP-ın 5 illik ixrac həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz
ixracının başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdən
çox qaz nəql olunub.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “X” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu il qısamüddətli və uzunmüddətli
müqavilələr çərçivəsində Avropaya 12,8 milyard kubmetr qaz ixrac
edilib.

Xatırladaq ki, TAP ilk qazını 31 dekabr 2020-ci ildə nəql etməyə
başlayıb. Boru kəmərinin illik ötürmə gücü 10 milyard kubmetrdir və
20 milyard kubmetrə qədər artırılması potensialı mövcuddur.

2026-cı ilə qədər TAP tədarükünün əlavə 1,2 milyard kubmetr
artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Hazırda 2026-cı
ildən başlayaraq TAP vasitəsilə Albaniyaya qaz tədarükünün təşkili
üzrə işlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir