
Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının şimalında 5 maqnitudalı zəlzələ baş
verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Yeraltı təkanların episentri 121 min əhalisi olan Çiko
şəhərindən 135 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km
dərinlikdə olub.

