Lerikdə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb

Baş səhifə

Lerikdə mikroavtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü idarəetməni itiribə və mikroavtobus dərəyə aşıb. Mikroavtobusda olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir