“Liverpul” “Yuventus”a oyunçu mübadiləsi təklif edə bilər

Baş səhifə

Bakı. Trend:

“Liverpul” “Yuventus”un cinah oyunçusu Kenan Yıldızla maraqlanır
və mümkün transfer çərçivəsində pul və oyunçu təklifini nəzərdən
keçirir.

Trend “La Gazzetta
dello Sport”a istinadən xəbər verir ki, “Qoca Sinyora” hücumçu
Federiko Kyezanı yenidən kluba qaytarmağa ümid edir və bu amil
Yıldızın “mersisaydılar”a keçidinin bir hissəsi ola bilər.




Bildirilir ki, “Yuventus” ilkin mərhələdə Kyezanı icarə əsasında
heyətinə qatmağı planlaşdıra bilər.

Qeyd edək ki, Federiko Kyeza 2020–2024-cü illərdə “Yuventus”da
çıxış edib, daha sonra “Liverpul”a transfer olunub. Onun İngiltərə
klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar
dəyəri 18 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir